Kateqoriyalar
Sırala
205 yaşlı “Azərpoçt”

Azərbaycanda ilk poçt kontoru 1818-ci il, iyunun 1-də Gəncədə yaradılıb. Daha sonra Quba, Naxçıvan, Şuşa, Şamaxı, Lənkəran, Şəki və Salyanda da poçt xidmətləri fəaliyyətə başlayıb. Hazırda milli poçt operatoru “Azərpoçt” MMC ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. “Azərpoçt” MMC-nin tərkibi 68 filialdan, o cümlədən, 63 rayon-şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi və Mərkəzi Xüsusi Rabitə İdarəsindən ibarətdir. Poçt Filiallarının tabeliyində 1200-ə qədər poçt şöbəsi xidmət göstərir.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 02 iyun 2023
Şəkillərin sayı: 28
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up