“Baku” TV-nin “Söz” sənədli filminin təqdimat mərasimi
“Baku” TV-nin “Söz” (“The word”) qısametrajlı sənədli filminin Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və özəl qurumların, eləcə də ictima sektorun nümayəndələri, aktyorlar, rejissorlar iştirak ediblər. Film 44 günlük Vətən müharibəsinə həsr olunub və “Baku” TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbər Nəsirovun həyat hekayəsini təsvir edir. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur. "Söz" sənədli filmi beynəlxalq uğurlar da qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu "Accolade Global Film Competition"da mükafat qazanıb. Film həmçinin "Roma Prisma Film Awards" yarışmasının finalçısı olub.
