6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş mətbuat konfransı
İyunun 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Samir Hümbətov, “Marsol Group”un təsisçisi Tural Mustafayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin baş mütəxəssisi Çingiz Hüseynov iştirak edib. Konfrans çərçivəsində bildirilib ki, iyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə baş tutacaq “Yerli şirkətlərin tanıtım sərgisi”ndə 300-ə yaxın yerli şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər.
