Kateqoriyalar
Sırala
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov

Qeyri Neft ÜDM-nin artırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi başlıca hədəflərdən biri idi. Aqrar sahənin inkişafının əsas indikatorlarından biri, bu sahədə investorların kreditorların və fermerlərin özlərini rahat və təhlükəsiz investisiya mühitində hiss etmələridir. Yəni, yatırım etdikdə, o yatırımın hər hansı bir təbiət hadisəsi nəticəsində itirilməsindən qorxmamalıdırlar. Bu, başlıca şərt idi. Bu məqsədlə 2015-2016-cı illərdə aqrar sektorun inkişafına mane olan əsas problemlər araşdırılırdı. Bu sektorda investisiyaların təhlükəsizliyini təmin edən sığorta mexanizminin olmadığı müəyyən edildi. Bundan irəli gələrək iki fərqli strateji yol xəritəsində bu sistemin yaradılması şərti müəyyən olundu və bundan sonra ölkədə dayanıqlı və fermerlərə əlçatan aqrar sığorta sisteminin yaradılması üzrə işlərə başlanıldı.

Müsahibə: Kaspi.az

Çəkiliş tarixi: 17 sentyabr 2022
Şəkillərin sayı: 19
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up