İstanbulda keçiriləcək Türk Ticarət Sərgisinin təqdimat konfransı
Türk Ticarət Sərgisi hər il keçirilir. Sərginin keçirilməsində əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş etdiriləcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, sahibkarların problemləri, onların həlli üçün təkliflər və digər aktual məsələlər müzakirə olunacaq.
Çəkiliş tarixi: 05 sentyabr 2024
Şəkillərin sayı: 26