Xalq artisti, xanəndə Arif Babayev
Xalq artisti Arif Babayev Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev Mükafatına layiq görülməsi barədə danışıb. O bildirib ki, ilk eşidəndə çox təsirlənib, bu mükafat onu həm qürurlandırıb, həm də sevindirib. Xalq artisti yaxşı sənətkar olmaq barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, sənətkar olmaq üçün doğruluq, saflıq və xalqa xidmət əsasdır. Gözəl səsə malik olmaq, xalqı sevindirmək və onun sevgisini qazanmaq lazımdır. Çünki xalqını sevən sənətkar özü də xalq tərəfindən sevilir və qorunur. O həmçinin muğama olan sevgisindən də bəhs edib, sənətkarın sözlərinə görə, muğamı uşaq yaşlarında ağacların başında oxuya-oxuya sevib. Arif Babayev bildirib ki, muğamı ifa etmək üçün mənəviyyat da lazımdır. Buna görə insan daxilən zəngin olmalıdır. Hər adam muğam oxuya bilməz. Bu, dəyər tələb edir.
Müsahibə: Oxu.az
