Ali və orta ixtisas təhsili müəssisələrinə idman istiqaməti üzrə qabiliyyət imtahanları
Ali və orta ixtisas təhsili müəssisələrinə idman istiqaməti üzrə qabiliyyət imtahanları keçirilir. Bununla bağlı iyunun 24-də Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə mediatur təşkil edib. Mediatur çərçivəsində bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə 62-ci komissiyanın imtahanları keçirilir. İmtahanlarda hər gün 240 nəfərin iştirakı nəzərdə tutulub. Bununla yanaşı, ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında 36 778 abituriyent qeydiyyatdan keçib. Həmçinin qeyd edilib ki, imtahanlarda idman federasiyalarının hakim və ekspertləri, "İdman könüllüləri" İctimai Birliyinin könüllüləri, DİM və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edirlər.
