Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəb
Bakı şəhərində yerləşən, Mikayıl Müşfiqin adını daşıyan 18 nömrəli tam orta məktəbin 100-dən çox yaşı var. 2012-ci ilədək məktəbin tutumu 1236 şagirdlik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidənqurma işləri aparıldıqdan sonra isə 1900 nəfərlik olub. Hazırda təhsil ocağında 1967 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 132 müəllim məşğul olur. 2008-2009-cu illərdə 18 nömrəli tam orta məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub.
Çəkiliş tarixi: 07 yanvar 2026
Şəkillərin sayı: 32
