Kateqoriyalar
Sırala
Azərbaycan Silahlı Qüvvələrinin Polkovnik-leytenantı İlham Hüseynov

26 İyul – Azərbaycan Silahlı Qüvvələr Günüdür. Ordumuzun 46 yaşlı hərbi qulluqçusu 1994-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub və 1998-ci ildə oranı bitirib. 1998-ci ildən N saylı hərbi hissədə xidmətini tağım komandiri kimi davam etdirib. Fəaliyyəti dövründə bir neçə hərbi hissədə çalışıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində fəaliyyətini davam etdirir. Polkovnik-leytenant İlham Hüseynov 2016-cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibədə göstərdiyi şücaətlərə görə medallarla təltif edilib.

Müsahibə: Oxu.az

Çəkiliş tarixi: 26 iyun 2022
Şəkillərin sayı: 3
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up