Yusif Mirzəyev adına 44 nömrəli tam orta ümumtəhsil məktəbi
Bakı şəhəri Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta ümumtəhsil məktəbi 1923-cü ildə inşa edilib, 2011-ci ildə isə əsaslı təmir olunaraq müasir tədris şəraitinə uyğunlaşdırılıb. 2000-ci ildən etibarən məktəb YUNESKO-nun üzvüdür. Təhsil müəssisəsi 3 mərtəbəli, 3 korpusdan ibarət olub, birnövbəli sistem üzrə fəaliyyət göstərir. Tədris Azərbaycan dilində aparılsa da, xarici dillərin tədrisinə də xüsusi önəm verilir. Belə ki, məktəbdə ingilis, rus və alman dilləri xarici dil kimi tədris olunur. Məktəbin pedaqoji heyəti yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Müəllimlərin 80%-dən çoxu ixtisasartırma və təkmilləşdirmə kurslarına cəlb olunub, diaqnostik qiymətləndirmə nəticələrinə əsasən yüksək göstəricilər əldə ediblər.
Çəkiliş tarixi: 07 yanvar 2026
Şəkillərin sayı: 27
