Ağ örpəyə bürünən Xızı dağları
Paytaxta ən yaxın dağ rayonu olan Xızı mülayim iqlimi və təmiz havası ilə seçilən turistik məkanlardan biridir. Mars planetinin səthini xatırladan rəngbərəng, al-əlvan, xınalı dağları ilə tanınır. Bölgənin ən yüksək zirvəsi isə dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar dağıdır. Ərazisinin xeyli hissəsi həm də meşə ilə örtülən Xızı qışın gəlişi ilə qarın ilk yağdığı bölgələrdən biri olur. Xızının qışda ağ örpəyə bürünən ucsuz-bucaqsız dağları və sıx meşələri heyrətamiz mənzərəsi ilə görənləri valeh edir.
Çəkiliş tarixi: 26 dekabr 2025
Şəkillərin sayı: 19
