Ağdamın Kəngərli kəndinə yola salınan növbəti köç karvanı
Bakının Qaradağ rayonundan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülür.
Çəkiliş tarixi: 17 iyul 2025
Şəkillərin sayı: 19

