Xalq artisti Kazım Abdullayev
Akademik Milli Dram Teatrının aktyoru Kazım Ənvər oğlu Abdullayev 1953-cü ildə aprel ayının 6-da Bakı şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, Azərbaycan televiziyasında çəkilmiş bir sıra bədii televiziya filmlərində, televiziya tamaşalarında iştirak etmişdir. Kazım Abdullayev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2019-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2022-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.
Çəkiliş tarixi: 15 fevral 2025
Şəkillərin sayı: 15