AQTA-nın heyvan kəsimi məntəqəsinə təşkil etdiyi mediatur
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə mediatur təşkil edib. Mediaturun məqsədi bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaq olub. Mediatur zamanı AQTA-nın Bakı regional bölməsinin baş məsləhətçisi Günel Hüseynova jurnalistlərə məlumat verib ki, Qurban bayramı dövründə heyvanların kəsim və satışına ciddi şəkildə nəzarət olunacaq. Onun sözlərinə görə, həmin müddətdə qanunsuz heyvan kəsimi və satışına icazə verilməyəcək. O əlavə edib ki, kəsim məntəqlərində sanitar-gigiyenik normalara da nəzarət edilir.
Çəkiliş tarixi: 25 may 2026
Şəkillərin sayı: 16
