Kateqoriyalar
Sırala

“ASAN xidmət”in ASAN Süni İntellekt Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI Hub) açılış mərasimi keçirilib. Mərkəzin əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək, dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər. 

Çəkiliş tarixi: 02 dekabr 2025
Şəkillərin sayı: 33
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up