Kateqoriyalar
Sırala
“ASAN xidmət”in publik data portalının təqdimatı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Publik data portalı"nın təqdimatı və "Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə" mövzusunda panel müzakirələr keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və texnoloji şirkətlərin, ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb, "ASAN xidmət"in bu istiqamətdə gördüyü işlərdən danışıb. Həmçinin müvafiq istiqamətdə qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt həllərinin vacibliyi diqqətə çatdırılıb. Portalın məqsədi agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətində vətəndaş iştirakçılığının təşviqi, eləcə də bu çərçivədə hesabatlılığın təminidir. Sözügedən portal "ASAN xidmət"in müxtəlif istiqamətlərdə, o cümlədən beynəlxalq sferadakı fəaliyyəti, Dövlət Xidmətlərinin Elektron Reyestri, "ASAN Viza", "ASAN ödəniş" "ASAN müraciət" sistemləri, "YAŞAT" Fondu ilə bağlı məlumatları əhatə edir. 

Çəkiliş tarixi: 04 aprel 2025
Şəkillərin sayı: 44
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up