Kateqoriyalar
Sırala

"ASAN xidmət indeksi" və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbir

"ASAN xidmət indeksi" üzrə qiymətləndirmə hesabatı və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, keçən il "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə vasitəsilə 511 xidmət qiymətləndirilib. Onun sözlərinə görə, hesabat ili ərzində qiymətləndirilən xidmətlərə mərkəzi, yerli icra hakimiyyəti orqanları, dövlətin hüquqi şəxsləri və Naxçıvanda fəaliyyət göstərən dövlət orqanlarının xidmətləri aiddir. Sədr qeyd edib ki, indiyədək 99 qurum "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunub. 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə, 511 xidmət qiymətləndirilib.

Çəkiliş tarixi: 23 fevral 2026
Şəkillərin sayı: 15
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up