Aşpaz Timur Pivkin
Aşpaz Timur Pivkin 23 ildir ki, bu peşə ilə məşğuldur. O, karyerasına 16 yaşında – əvvəllər arzusunda olduğu IT sahəsindən mətbəxə yönəlməklə başlayıb. İki ay ərzində adi işçidən aşpaza yüksəlib, daha sonra “Bakı‑Tbilisi‑Ceyhan” layihəsinin baş aşpazına çevrilib. O, həmçinin, İstanbul, Malta kimi yerlərdə beynəlxalq yarışlarda qızıl, gümüş və bürünc medallar qazanıb. O, Azərbaycan mətbəxini dünya üzrə layiqincə təmsil edir.
Çəkiliş tarixi: 02 iyul 2025
Şəkillərin sayı: 14
