"Ayaks"ın "Qarabağ" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı
Dekabrın 10-da “Ayaks” futbol komandasının UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda “Qarabağ” ilə keçirəcəyi oyunundan öncə mətbuat konfransı baş tutub. Niderlandın "Ayaks" komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim "Qarabağ"ın texniki cəhətdən güclü komanda olduğunu və matçın əhəmiyyətini qeyd edib. Məşqçi sabahkı oyunda xal qazanmaq niyyətində olduqlarını əlavə edib. Komandanın qapıçısı Vitezslav Yaroş da "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacaqlarını bildirib.
Çəkiliş tarixi: 09 dekabr 2025
Şəkillərin sayı: 19
