Kateqoriyalar
Sırala

AZAL-ın təyyarə qəzasında həlak olan Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman, pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova Bakıda doğulub, burada ailə həyatı qurub və oğlu Aleksandr da bu şəhərdə anadan olub. Yelena Kalyaninova yeganə övladı Aleksandr Kalyaninovdan bəhs edərkən bildirir ki, o, Bakı Avropa Liseyində təhsil aldığı zaman müəllimlərinin və sinif yoldaşlarının sevimlisi olub. Pilotun anasının sözlərinə görə, Aleksandr gözünü açandan atasını pilot olaraq gördüyü üçün aviasiyanı çox sevirdi. Bu səbəbdən Milli Aviasiya Universitetinə daxil olub, ilk uçuşunu isə 2023-cü ildə həyata keçirib. 

Çəkiliş tarixi: 25 dekabr 2025
Şəkillərin sayı: 29
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up