Kateqoriyalar
Sırala
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Məsmə Aslanqızı

Burda çox keşməkeşli günlərim olub. Küsmüşəm də, barışmışam da, sevinmişəm də, kədərlənmişəm də. Bir dəfə elə bir həddə çatdım ki, yuxarıya qalxdım. Onda orda YUĞ Teatrı yerləşirdi. Heç kim də yox idi. Psixoloji durumum çox pis idi. Açdım pəncərəni ki, özümü atım. Oradan mərmər döşənmiş yerə baxdım. Dedim, özümü atsam, parça-parça olacağam, qorxdum, atmadım. Düşdüm, Füzuli meydanında bir neçə saat gəzişdim, düşündüm-daşındım, ətrafımdakı insanlara baxdım. Sonra da özüm-özümdən soruşdum: “Məsmə, bəyəm bu gördüyün insanların həyatında hər şey yağ kimi gedir? Yox, əlbəttə! Hamının problemi, dərdi var. Bəs sənə nə olub? Sadəcə, mübariz olmaq, problem, çətinlik varsa, onun qarşısına çıxıb sinə gərmək lazımdır”. Bundan sonra fikrimdən döndüm, nə yaxşı ki də döndüm! Bilirsiniz, insanın ailəsində də problem olur – anasıyla, bacısıyla da ara-sıra incikliyi yaranır, amma sonra barışır. Teatr da elədir. Ara-sıra incisək də, barışırıq.

Müsahibə: Kaspi.az

Çəkiliş tarixi: 23 oktyabr 2022
Şəkillərin sayı: 9
Fotoqraflar:
Firudin Salimov
Firudin Salimov
arrow-up