Kateqoriyalar
Sırala
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva

Gülüstan xanım pedaqoji fəaliyyətlə məşğuldur. Deyir, bu, fasiləsiz əməyin nəticəsidir: “20 ildir Milli Konservatoriyada fəaliyyət göstərirəm. Hər il auditoriyadan fərqli tələbələr gəlir-keçir. Amma indinin tələbələri əvvəlkilərdən çox fərqlənir. Biz ancaq müəllimdən öyrənirdik. Öz dərsimizlə yanaşı, digər müəllimlərin də sinfinə gedirdik. Konservatoriyada ilk muğam sinfinin müəllimi Arif Babayevdir, mən də onun ilk tələbəsiyəm. Bununla kifayətlənmir, “Asəf Zeynallı”da Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Şövkət Ələkbərovanın da dərslərində iştirak edirdim. Amma indi sosial şəbəkələr var və öyrənmək imkanları daha genişdir. Hansısa muğamı, təsnifi hətta “Youtube” vasitəsilə də öyrənə bilirlər. Bu, bir tərəfdən yaxşı olsa da, digər tərəfdən pisdir. Gənclər belə olanda təhsildən yayınır. Bir də ki, indiki gənclərin qəzəl öyrənməyə bir o qədər də həvəsi yoxdur.

Müsahibə: Kaspi.az

Çəkiliş tarixi: 27 may 2023
Şəkillərin sayı: 14
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up