Gənc Tamaşaçılar Teatrının rejissoru Ayla Osmanova
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru Ayla Osmanova rejissor Bəhram Osmanovun qızıdır. Bülbül adına Musiqi Məktəbində fortepiano ixtisası üzrə oxusa da, teatra olan marağı onu bu sahəyə gətirib. Rejissor gənc yaşında qurduğu “Ağ ölüm” tamaşasının onun üçün həm sınaq, həm də dönüş nöqtəsi olduğunu vurğulayır. Ayla Osmanova teatrda səmimiyyətin əsas prinsip olduğunu, tamaşaçının ürəklə oynanılan tamaşanı dərhal hiss etdiyini bildirir. Onun fikrincə, teatrların inkişafında yeni baxış və müasir yanaşma müstəsna rol oynayır.
Çəkiliş tarixi: 19 dekabr 2025
Şəkillərin sayı: 15
