Kateqoriyalar
Sırala

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mineralogiya Muzeyi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyində 33 ölkənin 56 yatağından olan 300-dən çox növdə 7000-dək mineral nümunəsi nümayiş etdirilir. Onların əksəriyyəti nadir minerallardır. Buradakı mineral nümunələrinin xeyli hissəsi Azərbaycanın bölgələrində olan yataqlardan götürülüb. Beynəlxalq əlaqələrini genişləndirən muzey Ukrayna, Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin elmi qurumları ilə əməkdaşlıq edir. Həmin ölkələrdən də muzeyə müxtəlif növdə mineral nümunələri gətirilir və tədqiq olunur. Universitetin alim və tələbələri öz elmi tədqiqatlarında muzeyin xidmətlərindən geniş və səmərəli istifadə etmək imkanlarına malikdirlər. Muzeydə tədqiqatlar aparan ADNSU Tələbə Elmi Cəmiyyəti üzvlərinin, gənc tədqiqatçıların elmi işləri Rusiyanın nüfuzlu elmi jurnallarında yer alır. Muzeyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və onun mineral nümunələri ilə zənginləşdirilməsi istiqamətində iş aparılır.
 

Çəkiliş tarixi: 16 fevral 2026
Şəkillərin sayı: 80
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up