Kateqoriyalar
Sırala

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin altıncı məzun günü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca altıncı məzun günü keçirilib. Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov son illər Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində rəqəmsal inkişaf sahəsində mühüm nailiyyətlər əldə edildiyini bildirib. O qeyd edib ki, rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradır. Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Ronen Kraus isə bildirib ki, Azərbaycan və İsrail arasında həyata keçirilən birgə təşəbbüs kibertəhlükəsizliyin artıq sadəcə texniki bir sahə olmadığını, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji sütun olduğunu göstərən ortaq anlayışı əks etdirir.

Çəkiliş tarixi: 09 fevral 2026
Şəkillərin sayı: 31
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up