"Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov
Əməkdar mədəniyyət işçisi, "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O 1985-ci ildə Gəncədə ilk Kulinariya Birliyini yaradıb. Tahir Əmiraslanov Azərbaycan mətbəxinin inkişafında və dünyada təbliğində, həmçinin milli mətbəxin qorunmasında, qədim xörəklərin bərpasında müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəssisdir. O bir çox ölkələrdə, o cümlədən bütün türk ölkələrində ilk Kulinariya Assosiasiyalarını yaradıb.
Çəkiliş tarixi: 20 mart 2025
Şəkillərin sayı: 6