Kateqoriyalar
Sırala
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki

Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.

Çəkiliş tarixi: 21 fevral 2025
Şəkillərin sayı: 18
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up