Kateqoriyalar
Sırala

Azərbaycan Qran-prisi "Formula 1"də üçüncü sərbəst yürüş

“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb. Bakı Şəhər Halqasında keçirilən üçüncü sərbəst yürüşə saat 12:30-da start verilib. Bu sessiya sürücülərin sıralama turu və əsas yarış öncəsi son hazırlıq mərhələsidir. Bu gün “Formula 1” üzrə sıralama turu da keçiriləcək. Sıralama turunda pilotların yarışa start mövqeləri müəyyənləşəcək. Qeyd edək ki, ötən gün keçirilən ilk iki sərbəst yürüşün hər ikisində “Mercedes” pilotu Corc Rassell ən yaxşı nəticəni göstərib. Rassell ikinci sərbəst yürüşdə 1:43.347 nəticə ilə komanda yoldaşı Kimi Antonellini və “Red Bull” pilotu Maks Ferstappeni qabaqlayıb. Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da, saat 15:00-da keçiriləcək.

Çəkiliş tarixi: 25 sentyabr 2026
Şəkillərin sayı: 22
arrow-up