Kateqoriyalar
Sırala

Azərbaycanda akkreditə olunmuş diplomatlar "Hoçazfilm" kinostudiyası ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, attaşelər və hərbi rəhbərlərdən ibarət nümayəndə heyəti Laçında “Hoçazfilm” kinostudiyasını ziyarət ediblər. Nümayəndə heyəti azad edilmiş ərazilərə səfər çərçivəsində kinostudiyanın pavilyonlarında yaradılan şəraitlə tanış olublar. "Hoçazfilm" studiyası iki inzibati bina və çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas simvollarından biri hesab edilən Hoçaz qayalarının adından götürülüb.

Çəkiliş tarixi: 20 iyun 2025
Şəkillərin sayı: 10
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up