Kateqoriyalar
Sırala

Azərbaycanda Amnistiya aktı Probasiya Xidmətində icra edilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edib. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, nazirlik yanında İctimai Şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunublar. Qərarın sevincini yaşayan məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər. 

Çəkiliş tarixi: 22 dekabr 2025
Şəkillərin sayı: 13
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up