Azərbaycanda keçirilən bələdiyyə seçkiləri
Yanvarın 29-u səhər saat 8:00-da Azərbaycanda bələdiyyə seçkiləri başlayıb. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. Səsvermə saat 19:00-a qədər davam edəcək.
Çəkiliş tarixi: 29 yanvar 2025
Şəkillərin sayı: 75