Azərbaycandan keçməklə Ermənistana növbəti tranzit tədarük reallaşıb
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Çəkiliş tarixi: 24 mart 2026
Şəkillərin sayı: 13
