Azıx mağarası
Azıx mağarası dünyada sayı az olan qədim mağara tipli insan düşərgəsindən biridir. Bu mağara Aşağı Antropogen dövrünə aid yeganə çoxtəbəqəli abidədir. Mağara Xocavənd rayonu ərazisində, Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir. Mağarada bir-biri ilə dar keçidlərlə birləşən 6 salon var. Azərbaycan ərazisində təqribən milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən mağara arxantropların və daha qədim adamların məskəni və emalatxanası olub.
Çəkiliş tarixi: 28 aprel 2021
Şəkillərin sayı: 13