Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri
İyun ayının 2-si Bakı Ekspo Mərkəzində 30-cu Yubiley “Baku Energy Week” tədbiri başlayıb. İyunun 4-nə qədər davam edəcək tədbirə dünyanın 39 ölkəsindən 267 şirkət qatılıb. “Baku Energy Week” çərçivəsində “Caspian Oil and Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” təşkil olunub. Forum çərçivəsində rəqəmsallaşma, yaşıl enerji, qaz bazarındakı dəyişikliklər, COP29-un nəticələri və regional enerji təhlükəsizliyi mövzusunda panel müzakirələri keçirilir. Həmçinin, 30 illik yubiley münasibətilə tədbir çərçivəsində gənc məzunlara təqaüdlər təqdim olunacaq və ağacəkmə kampaniyası təşkil ediləcək.
Çəkiliş tarixi: 02 iyun 2025
Şəkillərin sayı: 33
