Kateqoriyalar
Sırala

Bakıda keçirilən AFFA-nın Hesabat Konfransı

AFFA-nın Hesabat Konfransı keçirilir. Tədbirə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qatılıblar. Konfransda futbol ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak edirlər. Hesabatda qeyd olunub ki, AFFA-nın 2025-ci il üçün xərcləri 49 milyon 110 min 811 manat təşkil edib. Milli komandalara xərclənən vəsait 27 milyon 881 min 267 manat olub. Əməkhaqqı və ezamiyyə xərcləri 8 milyon 128 min 465 manat təşkil edib, hakimlər və hakim-inspektorlara 4 milyon 40 min 35 manat, oyunların təşkilinə isə 2 milyon 441 min manat xərclənib. Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, AFFA Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 2 milyon 371 min 143 manat olub. Bundan əlavə, VAR layihəsinin tətbiq olunması üçün 978 min 200 manat, mühafizə üçün 556 min 437 manat, nəqliyyat üçün 472 min 940 manat, Kütləvi futbolun inkişafı üçün 370 min 71 manat, aviabilet və hotellər üçün 341 min 40 manat, digər xərclər üçün 312 min 367 manat, Lisenziyalaşdırma və Maliyyə üçün 267 min 630 manat, təsərrüfat xərcləri üçün 214 min 94 manat, Marketinq və Sponsorluq Departamenti üçün 208 min 220 manat, "Elit Məşq" Layihəsi üçün 185 min 996 manat, təhsil üçün 179 min 806 manat, kommunal və rabitə xərcləri üçün 162 min 100 manat xərclənib. Bildirilib ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.

Çəkiliş tarixi: 03 aprel 2026
Şəkillərin sayı: 25
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up