Kateqoriyalar
Sırala

Bakıda keçirilən AQEM-in Media Forumu

Oktyabrın 1-də Bakıda Azərbaycan Respublikasının Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Birinci AQEM Media Forumu keçirilib. Forum AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbirdir. Tədbirdə media və kommunikasiya sahəsində təcrübə mübadiləsi, ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, həmçinin informasiya sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı müzakirə olunub. Forumun açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin iştirakçılara müraciətini səsləndirib. AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay media vasitəsilə etimadın qurulmasının ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıb. O, müasir kommunikasiya imkanlarının media subyektlərinin məsuliyyətini artırdığını və bu baxımdan peşəkar jurnalistika, dialoq və etimad əsaslı kommunikasiyanın vacibliyini qeyd edib. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığın inkişafını davam etdirəcəyini bildirib. O qeyd edib ki, Azərbaycan sədrliyi dövründə AQEM-in institusional inkişafına, beynəlxalq təşkilata transformasiyasına və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə töhfə verib. X.Xələfov qarşılıqlı etimadın möhkəmləndirilməsinin və münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb. O bildirib ki, qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın AQEM sədrliyinin gündəliyində prioritet istiqamətlərdəndir.

Çəkiliş tarixi: 01 oktyabr 2026
Şəkillərin sayı: 36
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up