Kateqoriyalar
Sırala

Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumuna start verilib. "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin "Atlantic Council", "New Lines Institute", Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və "The National Interest" jurnalının nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.

Çəkiliş tarixi: 18 noyabr 2025
Şəkillərin sayı: 38
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up