Kateqoriyalar
Sırala

Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumu

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin xarici işlər naziri Gideon Saar və hər iki ölkədən rəsmi nümayəndələr iştirak ediblər. Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və İsrail institusional səviyyədə uzunmüddətli əlaqələrə əsaslanan möhkəm siyasi etimad və konstruktiv dialoq təməlinə sahibdir. Onun sözlərinə görə, Azərbaycan İsraillə strateji tərəfdaşlığını daha da möhkəmləndirməyə tam sadiqdir və bunu açıq dialoq, praktiki layihələr və əlverişli biznes mühiti vasitəsilə etmək istəyir. Nazir əlavə edib ki, keçirilən forum yeni təşəbbüslər yaradacaq, özəl sektorlar arasında birbaşa əməkdaşlığı dərinləşdirəcək, davamlı, qarşılıqlı və faydalı nəticələrə töhfə verəcək. Forumda çıxış edən İsrailin xarici işlər naziri Gideon Saar qeyd edib ki, İsrail Azərbaycana, xüsusilə müdafiə, enerji, su resursları, texnologiya və kibertəhlükəsizlik sahələrinə investisiyaların artırılmasında maraqlıdır. Onun sözlərinə görə, hər iki ölkə öz regionlarında sabitliyin dayağıdır və inkişaf etmiş iqtisadiyyata malikdir.

Çəkiliş tarixi: 26 yanvar 2026
Şəkillərin sayı: 19
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up