Kateqoriyalar
Sırala

Bakıda keçirilən beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri

Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. Mayın 8-nə qədər davam edəcək sərgilərdə 45 ölkədən 447 şirkət iştirak edir. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxıstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir. Sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edir və bu stenddə Benin, Cənubi Sudan, Efiopiya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiyadan şirkətlər təmsil olunur. AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır. Sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş "Caspian Agro" sərgisi bu il yeni konseptual yanaşma - "Caspian Agro Week" formatında təşkil olunur. Nazirin sözlərinə görə, bu il tədbirin "Caspian Agro Week" formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır.

Çəkiliş tarixi: 05 may 2026
Şəkillərin sayı: 7
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up