Bakıda keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilir. Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edirlər. Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək, müzakirələr aparılacaq. Konfrans yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda böyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin sistemli təşkili məqsədi daşıyır. Bu sahədə pedaqoji kollektivin peşəkar bacarıqlarının artırılması, həmçinin dini mövzularda düzgün tədris və yanaşma üsullarının müəyyənləşdirilməsi yönündə müzakirələrin aparılması nəzərdə tutulur.
