Kateqoriyalar
Sırala

Bakıda keçirilən gənclərin postkolonial dövrdə roluna həsr olunmuş beynəlxalq forum

Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forum keçirilir. Forumda 17 ölkənin nümayəndəsi iştirak edir. Tədbirdə ilk dəfə olaraq gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış mütəxəssislər, səhiyyə sahəsi üzrə ekspertlər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edirlər. İştirakçılar arasında indiki və keçmiş müstəmləkələrdən nümayəndələrin olması müzakirələri xüsusilə aktual edir. Forumun yekunları üzrə ədalətli və inklüziv postkolonial dünya nizamının formalaşmasında gənclərin rolunun gücləndirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.

Çəkiliş tarixi: 01 may 2026
Şəkillərin sayı: 30
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up