Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" Media Forumu
Oktyabrın 1-də Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir. Forumda media vasitəsilə ölkələr və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, qütbləşmənin yaratdığı çağırışlar və informasiya mühitində əməkdaşlıq məsələləri müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev forumun iştirakçılarına müraciət ünvanlayıb. Prezidentin müraciətini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Çəkiliş tarixi: 01 oktyabr 2026
Şəkillərin sayı: 23
