Kateqoriyalar
Sırala

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumu

Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçirilib. Forum çərçivəsində iki panel sessiyası baş tutub. Panel sessiyaları "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzularına həsr olunub. Birinci paneldə türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək istiqamətində müxtəlif tezislər səsləndirilib və fikir mübadiləsi aparılıb. İkinci paneldə isə türk dövlətləri arasında media sahəsində mübadilə və əməkdaşlıq perspektivləri əsas motiv olub.

Çəkiliş tarixi: 27 noyabr 2025
Şəkillərin sayı: 37
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up