Kateqoriyalar
Sırala

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və beynəlxalq təşkilatların yüksəksəviyyəli görüşləri çərçivəsində süni intellektin məsuliyyətli tətbiqi, qlobal sülhün qorunması və qadınların hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub. Çıxışlarda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və texnologiyaların insan rifahına xidmət etməsinin vacibliyi vurğulanıb. UNESCO Baş direktorunun müavini Asa Regner qadınların qərarvermə prosesindən kənarda qaldığını bildirib. Onun sözlərinə görə, qadınlar mədəniyyət, təhsil, jurnalistika, turizm və elm sahələrinin inkişafına mühüm töhfələr versələr də, kişilərlə bərabər imkanlara malik deyillər. UNESCO və Beynəlxalq Jurnalistlər Mərkəzinin araşdırmasına əsasən, tədqiqatda iştirak edən qadın jurnalistlərin dörddə üçü onlayn zorakılıqla qarşılaşıb, qadınların 45 faizi isə sosial şəbəkələrdə fəaliyyətlərini məhdudlaşdırıb. ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik qlobal hərbi xərclərin yarım faizinin dünyada sülhün yaradılmasına yönəldilməsinin kifayət edə biləcəyini bildirib. O, beynəlxalq əməkdaşlığın və birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Şeyxa Ən-Nüveys isə süni intellektdən mədəniyyətlərarası dialoqu gücləndirmək üçün istifadə etməyə çağırıb. O, texnologiyaların məsuliyyətli idarə olunmasının, insan hüquqlarının və şəxsi həyatın qorunmasının, eləcə də yerli icmaların mədəni irslərinin təqdimatına nəzarət imkanlarının saxlanmasının vacibliyini qeyd edib.

Çəkiliş tarixi: 27 oktyabr 2026
Şəkillərin sayı: 16
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up