Kateqoriyalar
Sırala

Bakıda liseydə şagird müəlliməsini güllələyib

Fevralın 6-da Binəqədi rayonunda yerləşən "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. Məlumata görə, liseyin şagirdi atasına məxsus ov silahı ilə orada riyaziyyat müəlliməsi olaraq işləyən Şəhla Kamilovanı güllələyib. Xəsarət yetirilən müəllimə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Baş Prokurorluğun yaydığı məlumata əsasən, şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

Çəkiliş tarixi: 06 fevral 2026
Şəkillərin sayı: 10
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up