Kateqoriyalar
Sırala

Bakıda təşkil olunan "ADEX-2026" və "Securex Caspian" sərgiləri

"ADEX-2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən sərgi üç gün davam edəcək. Açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, eləcə də digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.

Çəkiliş tarixi: 30 sentyabr 2026
Şəkillərin sayı: 23
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up