Kateqoriyalar
Sırala

Bakıda təşkil olunan Avropanın ən böyük şapito sirki

Bakı Dövlət Sirki ikiillik fasilədən sonra Avropanın ən böyük şapito sirki ilə tamaşaçıların qarşısına çıxıb. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Macarıstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Tədbiri Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev açaraq layihənin hazırlıqlarının bir il davam etdiyini vurğulayıb. Açılış tamaşasında dünyanın yeddi ölkəsindən dəvət olunmuş peşəkar artistlər çıxış ediblər. Sirkdə nümayiş olunan akrobatik nömrələr, illüziya şouları və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələr tamaşaçıların marağına səbəb olub.

Çəkiliş tarixi: 24 oktyabr 2025
Şəkillərin sayı: 102
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up