Kateqoriyalar
Sırala
Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qanunsuz tikilən keçid sökülür

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sifariş olunan, ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintisinə icazə verilməməsinə rəğmən, Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidi tikilirdi. Şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirilən, ərazidəki səkiləri xeyli daraldan və şəhərdə hərəkət üçün narahatlıq yaradan tikili bu gün sökülməyə başlayıb.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 27 mart 2023
Şəkillərin sayı: 21
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up