“Barselona” klubunun prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb
Bakıda səfərdə olan İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycan təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb. 62 yaşlı funksioner "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Səbail" və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub. Klub prezidenti oyunçularla söhbət edib, onların formalarını imzalayıb.
Çəkiliş tarixi: 17 noyabr 2024
Şəkillərin sayı: 13