Kateqoriyalar
Sırala

"Barselona"nın Bakıda açılacaq akademiyasında yenidənqurma işləri

Bu gündən etibarən "ASK Arena" futbol stadionunda yenidənqurma işlərinə start veriləcək. Bu işlər "Barselona" futbol klubunun uşaq futbol məktəbinin ölkəmizdə planlaşdırılan açılışı çərçivəsində həyata keçirilir. Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması "AzFar" şirkəti tərəfindən icra olunacaq. Layihə çərçivəsində futbol meydançalarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi, idmançılar və klub heyəti üçün nəzərdə tutulmuş soyunub-geyinmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmiri, həmin otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi nəzərdə tutulub.

Çəkiliş tarixi: 09 iyul 2025
Şəkillərin sayı: 33
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up